Ter Ştegenin rekordu

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasında rekorda imza atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı almaniyalı qolkiper mövsümün əvvəlindən bu yana keçirdiyi 11 oyundan 9-da qapısından qol buraxmayan ilk qapıçı olub. O, yalnız “Real Sosyedad” (4:1) və “Real”la matçda (1:3) qol buraxıb.

“Barselona” İspaniya La Liqasında 11 oyundan sonra 28 xalla ikincidir. Növbəti turda kataloniyalılar səfərdə “Valensiya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button