Spalletti keçmiş futbolçusunu “Yuventus”a gətirmək istəyir

“Marsel”in müdafiəçisi Emerson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Yuventus” ciddi şəkildə maraqlanır.

Turin təmsilçisinin baş məşqçisi Luçano Spalletti bu transferin əsas təşəbbüskarıdır. O, əvvəllər “Roma”da Emersonla birlikdə işləyib və indi onun “Yuventus”a qatılmasını istəyir. Braziliyalı müdafiəçinin də Fransa Liqa 1-dən ayrılmağa və A Seriyasına qayıtmağa müsbət yanaşdığı bildirilir.

O, ötən mövsüm “Marsel” forması ilə 28 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button