“Həmişə sona qədər mübarizə aparın” – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter”lə oyundan (3:3) sonra paylaşım edib.

Komanda.az xəbər verir ki, polşalı futbolçu sosial media hesabında bu sözləri yazıb:

“Həmişə sona qədər mübarizə aparın”.

Dörd turdan sonra “Barselona” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “İnter” isə 7 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə “Bayern” başçılıq edir (12). 

Növbəti mərhələdə “Barselona” “Bayern” lə qarşılaşacaq. Qarşılaşma oktyabrın 26-da keçiriləcək.

Levandovski bu mövsüm 12 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button