DÇ-2022: “Son şansımı dəyərləndirməliyəm” – Messi

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022 barədə fikirlərini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı hücumçu DÇ-2022-ni özünün iştirak etdiyi sonuncu dünya çempionatı olduğunu etiraf edib:

“Bu, yəqin ki, mənim iştirak etdiyim sonuncu dünya çempionatı olacaq. Özümü yaxşı hiss edirəm. Fiziki durumum yerindədir. Karyeram boyu həmişə özümə diqqət etmişəm. Dünya çempionatında ən böyük arzumu həyata keçirmək üçün son şansımı dəyərləndirməliyəm. Həmişə cəhd etməlisən. Heç vaxt geri çəkilməməlisən”.

Argentina millisi C qrupunda Səudiyyə Ərəbistanı (22 noyabr), Meksika (26 noyabr) və Polşa (30 noyabr) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button