Naninin yeni klubu rəsmən açıqlandı

Son olaraq ABŞ-ın “Orlando Siti” klubunda çıxış edən Luiş Naninin yeni ünvanı məlum olub.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya “Venetsiya”sına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nani ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Nani daha əvvəl İtaliyada “Latsio”da çıxış edib.