Emeri İtaliya klubunu çalışdıra bilər

Son klubu “Arsenal” olan Unay Emeri İtaliyada işləyə bilər.

Komanda.az xəbər verir ki, “Fiorentina” klubu 48 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyasında 14-cü sırada yer alan “Fiorentina” baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb, bu posta Emerini gətirməyi planlaşdırır.

Baş məşqçi karyerası ərzində Moskva “Spartak”ı, “Sevilya”, “Valensiya”, PSJ və “Arsenal” kimi klubları çalışdıran Emeri, 2019-cu ilin noyabrından işsizdir.