“Azərbaycan millisi tamamilə müdafiə olunurdu” – Slovakiya yığmasının üzvü

Slovakiya millisinin üzvü Matuş Bero AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fkirlərini bildirib.

Komanda.az “sport.sk” saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi, 2:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Başqa bir oyunun nəticəsini gözləyə-gözləyə qalib gəlməliydik. Təəssüf ki, bu, bizim üçün xoş deyildi. Oyun çox çətin keçdi, Azərbaycan millisi tamamilə müdafiə olunurdu. İlk qolu vurduqdan sonra daha rahatlaşdıq.

Komandamızın yaxşı keyfiyyətləri var. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı bacaracağımıza inanmalıyıq”.