Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti SİYAHI

21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin AÇ-2021-nin seçmə mərhələsində Azərbaycanla oyun üçün heyəti açıqlanıb.

Komanda.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Andrian Qula 23 futbolçuya dəvət göndərib.

Azərbaycan – Slovakiya matçı sentyabrın 6-da, “Dalğa Arena”da keçiriləcək.

Qapıçılar: Martin Vantruba (“Poqronye”), Frederik Valaç (“Petrjalka”), David Şipoş (“Nitra”);

Müdafiəçilər: Dominik Şpiriak (“Erqotelis”, Yunanıstan), Kristian Vallo, Adam Kopas, Branislav Sluka (hamısı “Jilina”), Martin Şulek (“Trenkin”), Martin Bednar, Marej Oravets (hər ikisi “Dunayska”), İvan Mesik (“Spartak”, Trnava), Aleksander Mojjiş (“Rujomberok”);

Yarımmüdafiəçilər: Martin Adamets (“Odra Opole”), Adam Brenkus (“Rujomberok”), Kristian Herç (“Viktoriya”, Çexiya), Peter Kolesar (“Zemplin”), Yan Bernat, Mixal Tomiş (hər ikisi “Jilina”), Martin Koval, Yakub Şvets (hər ikisi “Zlate”);

Hücumçular: Lyubomir Tupta (“Verona”, İtaliya), Ladislav Almasi (“Petrjalka”), David Strelets (“Slovan”).

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button