Premyer Liqa tarixinin ən yaxşı transferi açıqlandı

“Sky Sports” nəşri İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində hazırda “Yuventus”da forma geyinən Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı hücumçu 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə keçib.

2-ci sırada “Yuventus”dan “Arsenal”a transfer olunan Tyerri Anri, 3-cü isə “Lids”dən “Mançester Yunayted”ə keçən Erik Kantona yer alıb.

“Mançester Yunayted” Ronaldonu 19 milyon avroya transfer etmişdi. 35 yaşlı hücumçu, 2009-cu ildə İspaniyanın “Real” klubuna 94, 2018-ci ildə isə “Yuventus”a 117 milyon avro qarşılığında keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button