
“Sabah”ın aparıcı futbolçusu “Qəbələ” ilə matçı buraxa bilər
“Sabah” martın 5-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında (ilk oyun – 0:0) “Qəbələ”nin qonağı oldu.
Qəbələdəki qarşılaşmanın əsas və əlavə vaxtı da heç-heçə (3:3) yekunlaşdığından, tərəflər kubokun yarımfunalına çıxacaq komandanı penaltilər seriyasında müəyyənləşdirdilər. Bu seriyada daha dəqiq olan (4:2) “bayquşlar” növbəti mərhələyə çıxdı. “Sabah” yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.
Qəbələdə keçirilən cavab matçının 107-ci dəqiqəsində “Sabah”ın yarımmüdafiəçisi Velko Simiç zədələnərək meydanı tərk etdi. Serbiyalı futbolçunun durumunu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.
Klub rəsmisinin Komanda.az saytına açıqlaması belə oldu:
“Simiçdə əzələ dartılması aşkarlandı. Çox güman ki, növbəti oyunu buraxacaq. Tam olaraq sıraya nə vaxt qayıdacağı hələ ki, dəqiq deyil”.
“Sabah” Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ”ni qəbul edəcək.
Bizi Facebook-da izləyin



