
Simeonedən gələcəyi haqda açıqlama
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone klubdakı gələcəyi barədə danışıb.
Komanda.az DAZN-ə istinadən xəbər verir ki, argentinalı məşqçi bunu deyib:
“Vəziyyətimi anlamaq və növbəti mövsümə tam hazır olmaq istəyirəm. Davam edirəm. Komandanın yeni oyunçularla gücləndirilməsini istərdim. Nəticələr məşqçilərdən daha çox, oyunçulardan asılıdır. Bu mövsümü ləyaqətlə başa vurmaq niyyətindəyik”.
56 yaşlı mütəxəssis 2011-ci ilin dekabr ayından bəri Madrid klubunda çalışır. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



