“Şimali Makedoniyanın keyfiyyətli oyunçuları var” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis rəqibin heyətində keyfiyyətli futbolçuların olduğunu bildirib. 66 yaşlı baş məşqçi makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb:

“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var”.

Nyabrın 20-də oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button