
DÇ-2026: “İspaniya millisinin nə qədər güclü olduğunu yaxşı bilirik”
Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva dünya çempionatının 1/8 finalında İspaniya yığmasına qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Portuqaliyalılar 1/16 finalda Xorvatiya millisini 2:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Komandanın qələbə qolu 94-cü dəqiqədə vurulub. İspaniya isə Avstriyanı 3:0 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva qarşıdakı matçın çox çətin keçəcəyini bildirib:
“Bizi ən çətin sınaqlardan biri gözləyir. Özümüzə inanırıq və qalib gəlmək əzmindəyik. Amma İspaniya millisinin nə qədər güclü komanda olduğunu da yaxşı bilirik”.
Portuqaliya – İspaniya oyunu iyulun 6-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



