Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

Hazırda “Krılya Sovetov” 27 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.