Şeydayev: “Dinamo”ya kömək etmək istəyirəm”

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevi Moskva “Dinamo”suna transferindən danışıb.

Komanda.az xəbər verir ki, o, paytaxt təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu kluba keçidimə görə xoşbəxtəm. Əfsanəvi kluba Premyer Liqada ən üst sıralarda yer almaqda, avrokuboklara vəsiqə qazanmaqda kömək etmək istəyirəm. Danışıqlar elə də uzun sürmədi. Hər şeyi düşündüm, ailəmlə, valideynlərimlə məsləhətləşdim və artıq burdayam (gülür). Baş məşqçi ilə də söhbətim oldu və bu, məndə ən xoş təəssüratlar yaratdı. Qarşımda hansısa fərdi hədəflərim varmı? Hücumçunun hədəfi rəqib qapısıdı (gülür). Öz oyunumla, vurduğum qollarla, məhsuldar ötürmələrimlə “Dinamo”ya yardım etməyə çalışacağam”.

Geridə qalan mövsümü “Krılya Sovetov”da keçirən Şeydayev “Dinamo” ilə bu gün 1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button