“Sevinirik ki, zədəsiz və bir xalla qayıdırıq”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • “Zirə” səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər. Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir. Sevindirici haldır ki, zədəsiz və bir xalla qayıdırıq. Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər.
  • Zədələnən Tərlan Quliyevdən başqa əvəzetməniz olmadı. Buna səbəb nə idi?
  • Meza Kolli uzun müddət idi komandayla çalışmırdı. Yevgeni Koçukda da eyni vəziyyət idi. Onları qorumaq üçün risk etmədim.

Şahin Cəfərov