“Tottenhem” “Qarabağ”a qol vuran futbolçunu istəyir

“Sevilya”nın futbolçusu Brayan Xil karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə “Tottenhem” yaxından maraqlanır. London təmsilçisi Xil üçün “Sevilya”ya Erik Lamela və 25 milyon avro verməyə hazırdır. İngiltərə mətbuatının xəbərinə görə, artıq tərəflər arasında razılıq əldə olunub.

Brayan Xil ötən mövsüm icarə əsasında “Eybar”da çıxış edib. O, bu komanda ilə 29 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xil avrokuboklarda ilk qolunu 2019-cu ildə “Qarabağ”la oyunda vurub. İspan futbolçu komandasının 2:0 hesabıyla qələbə qazandığı Avroliqa matçında hesabı açmışdı.