“Bunlardan birincisi Bakı səfəridir və bu, asan olmayacaq” – “Sevilya”nın futbolçusu

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Sevilya” klubunun futbolçusu Nemanya Qudel İspaniya La Liqasının 4-cü turunda “Alaves”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi, 1:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq və qələbə qazandıq. Oyunlara hakim olmaq istəyirik. Komanda olaraq mübarizə aparmalıyıq.

Lider olmaq gözəldir, çünki çox çalışırıq və oyunları qazanırıq. Daha çox qələbə üçün belə davam etməliyik. Qarşıdakı hər oyuna qələbə üçün çıxacağıq. Bunlardan birincisi Bakı səfəridir və bu, asan olmayacaq”.

Sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.