Sevgilisi “Tottenhem”in futbolçusunu tərk etdi FOTOLAR

İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Dele Alli sevgilisindən ayrılıb. Daha doğrusu, model Rubi Mae ingilis futbolçunu tərk edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Maenin Allini tərk etməsinin səbəblərindən biri də futbolçunun onlayn oyun bağımlısı olmasıdır. “Tottenhem”də baş məşqçi Joze Mourinyonun əsas heyətdə çox az şans verdiyi Alli bu mövsüm bütün turnirlər nəzərə alınmaqla cəmi 17 oyunda meydana çıxıb. Alli kimi “Tottenhem”in də işləri yaxşı getmir. London klubu son 6 oyunun yalnız birində qələbə qazana bilib.