“Uypeşt”in yarımmüdafiəçisi Azərbaycandan təklif alıb

“Səbail”in sabiq futbolçusu Matiya Lyuyiç yenidən Azərbaycanda oynaya bilər.

Komanda.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, “Uypeşt”in yarımmüdafiəçisi Azərbaycanın Premyer Liqa klublarından təklif alıb.

Macarıstan təmsilçisində az forma şansı qazanan 30 yaşlı futbolçu Azərbaycanda oynamağa isti yanaşır.

Lyuyiç 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Səbail”də keçirib. Serbiyalı futbolçu “dənizçilər”in heyətində meydana çıxdığı 16 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button