“Sent-Etyen”dən ardıcıl 3-cü qələbə

Futbol üzrə Fransa çempionatında 1-ci turdan təxirə salınmış daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Marsel “Olimpik”i doğma meydanda “Sent-Etyen”lə qarşılaşıb.

Bu matçadək itkisiz irəliləyən komandaların duelində qonaqlar qalib gəlib. Hər hissədə bir qol vuran “Sent-Etyen” ardıcıl 3-cü qələbə ilə turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Fransa, Liqa 1
1-ci turun oyunu


17 sentyabr

Olimpik (Marsel) – Sent-Etyen 0:2
Qol
: Hamuma, 6. Buanqa, 75.