DÇ-2026-da çıxış edən milli ilə bağlı iddia: İçki məclisləri, müqaviləsi olmayan baş məşqçi

Seneqal millisinin DÇ-2026-dakı uğursuz çıxışından sonra komanda ətrafında qalmaqallı iddialar ortaya çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sport News Africa” məlumat yayıb.

Mənbənin iddiasına görə, mundial zamanı bəzi futbolçular idman rejimini kobud şəkildə pozublar. Onların mütəmadi olaraq otelə dostlarını çağıraraq, qapalı içki məclisləri təşkil etdikləri və bahalı hədiyyələr aldıqları bildirilir.

Bundan başqa, məşqçilər heyətinin bəzi üzvlərinin nəzarətsizliyi səbəbindən, futbolçular özbaşına hərəkət edib, hətta otelə tez-tez “fast food” (hazır yeməklər) sifariş veriblər.

Qeyd olunur ki, baş məşqçi Pape Tiav qrup mərhələsinin 2-ci turunda Norveçlə oyundan (2:3) əvvəl millinin qüvvədə olan müqaviləli çalışdırıcısı olmayıb. Yeni müqavilə komandanın stadiona yola düşməsinə az qalmış imzalanıb.

Yayılan xəbərlər Seneqal azarkeşlərinin sosial şəbəkədə sərt narazılığına səbəb olub. Hələlik Seneqal Futbol Federasiyası məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button