“Seltik” üçün portuqaliyalı baş məşqçi

Portuqaliyalı məşqçi Karlos Karvalhalın yeni iş yeri Şotlandiyada ola bilər.

Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis “Seltik”i çalışdıra bilər. Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb. Karvalhalın menecerlər vasitəsilə Şotlandiya Futbol Federasiyasının rəhbərliyi ilə ilkin görüş keçirdiyi bildirilir.

Son olaraq “Suonsi”ni çalışdıran Karvalhal “Braqa”, “Sportinq”, “Beşiktaş” kimi klublarda da baş məşqçilik edib. Portuqaliyalı mütəxəssis 2018-ci ilin iyunundan işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button