“Seltik” Brendan Rocersi onunla əvəz etdi

Şotlandiyanın “Seltik” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Brendan Rocersi İngiltərənin “Lester” klubuna yola salan “zolaqlılar” onu Nil Lennonla əvəz edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 47 yaşlı mütəxəssisə bu işdə Con Kennedi və Damyen Daff kömək edəcək.

Lennon məşqçilik karyerasına məhz “Seltik”də başlayıb. O, 2010-2014-cü illər aralığında bu komandanı 2 dəfə Şotlandiya çempionu edib, eyni sayda da ölkə kubokunu qazanıb. 2014-2016-cı illərdə İngiltərənin “Bolton” klubunda çalışan Nil, 2016-cı ildən də “Hibernian”a baş məşqçilik edirdi. Lakin o, bu ilin yanvar ayında sözügedən komanda ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button