Satılacağı deyilən “Everton”un sahibindən açıqlama

“Everton”un sahibi Farhad Moşiri İngiltərə klubunu satmaq qərarına münasibət bildirib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, İran əsilli britaniyalı iş adamı “Everton”un satılmayacağını deyib:

“Klub satılmır. Amma kluba kömək edə bilən aparıcı investorlarla danışdım. İndi əsas vəzifə ən yaxşı investorları cəlb etməkdir. Müqavilə bağlamağa yaxınıq. Bu, “Everton”un satışı deyil. Bu, sponsorluq və kommersiya inkişafı sahəsində daha çox təcrübə qazanmağa kömək edəcək”.

“Everton”un uğursuz çıxışı davam edir və bu, azarkeşlərin etirazına səbəb olub. Komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button