Sarri “Latsio”dan ayrılır – Yeni ünvanı bəllidir

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri yaxınlarda klubu ilə yollarını ayıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcının yeni ünvanı böyük ehtimalla, “Atalanta” olacaq. Tərəflər arasında aparılan danışıqların artıq yekun mərhələyə çatdığı bildirilir.

Sarri ilə imzalanacaq müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Məşqçinin illik maaşının isə 3,5 milyon avro olacağı qeyd edilir.

“Atalanta” hazırda İtaliya A Seriyasında 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Berqamo təmsilçisi mayın 22-də səfərdə “Fiorentina” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button