“Biz artıq ilk danışıqları aparmışıq” – “Bayern”in futbolçusu

“Bayern”in futbolçusu Leroy Sane klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı vinger indi bütün diqqətini milli komandaya yönəltdiyini bildirib:

“Son bir neçə həftə ərzində “Bayern” üçün oynamaqdan nə qədər həzz aldığımı dəfələrlə demişəm. Biz artıq ilk danışıqları aparmışıq və Avropa çempionatından sonra, vaxtı gələndə davam etdirəcəyik. İndi bütün diqqətimi Almaniya millisinə yönəltmişəm və bu mənim üçün çox önəmlidir”.

28 yaşlı vingerin klubla hazırkı müqaviləsi bir ildən sonra bitir. Buna görə də, başa çatan mövsümdə futbolçunun mümkün gedişi ilə bağlı tez-tez söz-söhbətlər gəzirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button