“Şamaxı”da baş məşqçinin köməkçiləri bilindi – 3 məşqçi ilə yollar ayrıldı

“Şamaxı” klubunda baş məşqçi Ramiz Məmmədovun köməkçiləri məlum olub.

Komanda.az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.

Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov 1-ci Liqa təmsilçisi ilə vidalaşmaq istədiklərini bildiriblər. Mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Daha əvvəl Vüqar Əsgərli baş məşqçi postundan istefa vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button