“Bu gün də həmin titulla fəxr edirəm” – Azərbaycan millisinin sabiq baş məşqçisi

Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş AÇ-2016-da qazanılan çempionluğu xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, komandanın kapitanı Kriştiano Ronaldonun həmin uğurda əvəzsiz rol oynadığını vurğulayıb:

“Kriştiano Ronaldo kapitan kimi həm meydanda, həm də meydandan kənarda həlledici rol oynadı. O, nümunəsi, iddiası və heç vaxt itirmədiyi inamı ilə komandanı arxasınca aparırdı. Heyətimizdə istedadlı futbolçular var idi. Amma fərqi yaradan komanda birliyi, futbolçuların bir-birinə inamı və ortaq məqsəd uğrunda çalışması oldu.

Bu gün də həmin titulla fəxr edirəm. Çünki o qələbə təkcə mənim yox, bütün Portuqaliyanın qələbəsi idi”.

72 yaşlı mütəxəssis 2024-2025-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button