“Atletiko” Danimarka millisinin üzvünü transfer etdi – Rəsmi

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda az xəbər verir ki, Madrid təmsilçisi “Sportinq”in kapitanı Morten Yulmannı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La liqa təmsilçisi 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubuna 40+5 milyon avro təzminat ödəyəcək. Danimarlka millisinin üzvü “Atletiko” ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Yulmann 2025/26 mövsümündə “Sportinq”in heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button