
“Real” aparıcı futbolçusu ilə yeni müqaviləyə yaxındır
“Real” yaxın vaxtlarda əsas futbolçularından biri ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdakı anlaşma ilə bağlı məlumat hələ ictimaiyyətə sızmayıb. Bu səbəbdən, söhbətin Vinisius Juniordan getmədiyi ehtimal olunur. Çünki “Real” uzun müddətdir braziliyalı futbolçu ilə yeni müqavilə üzrə danışıqlar aparır.
Madrid təmsilçisi ötən mövsüm La Liqanı 38 oyunda topladığı 86 xalla turnir cədvəlinin ikinci pilləsində başa vurub. “Kral klubu” çempion olan “Barselona”dan 8 xal geri qalıb.
“Real” yay fasiləsində Alvaro Arbeloa ilə yollarını ayırıb və komandanın baş məşqçisi postuna Joze Mourinyonu gətirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



