
“Arsenal” braziliyalı futbolçu üçün 90 milyon avro təklif edəcək
“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək niyyətindən əl çəkməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi braziliyalı futbolçu üçün 90 milyon avro təklif etməyə hazırlaşır. Ancaq “Nyukasl” yarımmüdafiəçini satmaq istəmir və 120 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyi planlaşdırmır.
Gimarayeş özü komandadan ayrılmaq və “Arsenal”a keçmək istəyir. O, artıq “topçular”la müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb.
27 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



