
DÇ-2026: İspaniya yarımfinalda!
Futbol üzrə dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, mundialın növbəti oyununda İspaniya və Belçika yığmaları qarşılaşıb.
Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar 2:1 hesablı qələbəyə seviniblər.
Oyunda hesabı ispanlar açıblar. 30-cu dəqiqədə Fabian Ruiz fərqlənib. 41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayaraq hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Mikel Merino fərqlənib və ispanları yarımfinala daşıyıb.
İspaniyanın yarımfindaldakı rəqibi Fransa millisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



