“Şamaxı” Türkiyəyə gedəcək

“Şamaxı” klubunun qış hazırlıq proqramı məlum olub.

Komanda.az xəbər verir ki, Şamaxı təmsilçisi təlim-məşq toplanışına 2023-cü il yanvarın 3-də start verəcək.

Komanda hazırlığın ikinci mərhələsi üçün gələn ayın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşacaq. Yanvarın 19-dək qonşu ölkədə qalacaq “Şamaxı” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk görüşün ayın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi “Kaysar”la keçirilməsi razılaşdırılıb.

Digər 3 matçın keçirilmə tarixi və rəqiblər hələ bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button