“Bu günün nə qədər vacib olduğunu hamımız bilirik”

“Arsenal”ın futbolçusu Bukayo Saka Premyer Liqanın 17-ci turunun “Vest Hem”lə oyunu (3:1) haqda fikirlərini bildirib.

Komanda.az “Amazon Prime”-yə istinadən xəbər verir ki, o, “topçular”ın azarkeşləri barədə də danışıb:

“İkinci hissə birincidən daha yaxşı keçdi. İlk matçda oyunun ritminə qayıdırsan. Bu günün nə qədər vacib olduğunu hamımız bilirik və hamımız eyni məqsədə doğru istiqamətlənmişik: hər oyunda qalib gəlmək. Azarkeşlərimiz bizə lazım olan dəstəyi göstərdilər”.

“Arsenal” hazırda 40 xalla Premyer Liqada birinci, “Vest Hem” 14 xalla 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button