“Sabah” “Levante”ylə bacarmadı

“Sabah”ın U-14 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup” turnirində iştirak edir.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Sabah” turnir çərçivəsində ilk oyununu İspaniyanın “Levante” komandasına qarşı keçirib. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Oyunda “Sabah”ın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.

“Sabah” növbəti oyununu bu gün, yerli “Saburtalo”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button