
“Sabah”ın futbolçusu 4 oyunluq cəzalandırılıb
AFFA “Sabah-2″nin futbolçusu Stefen Endeni 4 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Futbolçunun cəzasına əvəzedicilər liqasının 32-ci turunda baş tutan “Qarabağ-2” ilə oyundan sonra hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. 4 oyunluq cəza ilə yanaşı, klub 300 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



