
“Sabah”ın baş məşqçisi mətbuat önünə çıxacaq
“Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsinin TNS (ilk oyunda 2:0 hesabı ilə qalib gəlib) ilə Uelsdə keçiriləcək cavab oyunu üçün İngiltərənin Osvestri şəhərinə çatıb.
Komanda.az xəbər verir ki, “bayquşlar” bu gün oyunöncəsi məşqə çıxacaq.
Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas isə saat 21:30-da mətbuat konfransı keçirəcək.
TNS – “Sabah” matçı sabah Osvestridəki “Park Hall” stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



