Bəhlul Mustafazadə birinci oldu

“Sabah”ın Azərbaycan Premyer Liqasının ilk 20 turundan sonra ən çox meydanda olmuş futbolçuları məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” hesabı məlumat yayıb.

Premyer Liqanın ilk 20 turunda ən çox forma şansı qazanan Bəhlul Mustafazadədir. 23 yaşlı müdafiəçi 18 oyunda iştirak edib.

2-ci ən çox şans qazanan Saşa Stamenkoviçdir. 35 yaşlı qapıçı 17 oyunda 1530 dəqiqə forma geyinib.

“Sabah”ın heyətində 3-cü ən çox forma şansı qazanan futbolçu Təmkin Xəlilzadədir. 26 yaşlı oyunçu 17 oyunda 1369 dəqiqə meydanda qalıb:

1. Bəhlul Mustafazadə 18 oyun, 1609 dəqiqə
2. Saşa Stamenkoviç 17 oyun, 1530 dəqiqə
3. Təmkin Xəlilzadə 17 oyun, 1369 dəqiqə

“Sabah” Premyer Liqada 20 turdan sonra 21 xalla 6-cı sıradadır.