“Sabah”ın Avropa Liqasındakı potensial rəqibləri bilindi

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, “bayquşlar” püşkatma mərasimində səpələnməmişlər sırasında yer alacaq. Ölkə kubokunun qalibinin potensial rəqibləri aşağıdakı klublar ola bilər: “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Varşava, Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “ÇFR Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya).

Püşkatma iyunun 17-də, oyunlar isə 10-17 iyulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button