“Sabah”ın 2-ci “sambaçı”sı
Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Bu oyun “Sabah”ın yeni transferi Kristian da Silva Fil üçün ilk olub. Belə ki, qarşılaşmanın 59-cu dəqiqəsində Abdulla Xaybulayevin əvəzinə meydana daxil olan braziliyalı yarımmüdafiəçi Premyer Liqada debüt edib. O, həmyerlisi Vanderson Nasimentodan sonra “Sabah”ın heyətində Premyer Liqada meydana çıxan ikinci braziliyalı futbolçu olub. Vanderson 2018/19-cu il mövsümündə “Sabah”ın uğurları üçün çalışmışdı.
“Sabah” “Zirə”yə 0:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin