“Sabah”dan daha bir legioner transferi – VİDEO

“Sabah” növbəti transferini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb.

Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.

Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl, karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.

Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button