“Sabah”da yeni baş məşqçi

“Sabah” klubunun əvəzedici komandasının yeni baş məşqçisi bəlli olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifə, təcrübəli mütəxəssis Rövşən Babayevə həvalə edilib. Babayev son mövsümdə “Sabah”ın əsas komandasının baş məşqçisi Elşad Əhmədovun köməkçisi funksiyasını yerinə yetirirdi.

“Sabah” klubu dünən əvəzedici komandasının baş məşqçisi Vasif Haqverdiyevlə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button