“Sabah” üçün yeni tərəfdaş

“Sabah” FK və “Bakupan” şirkəti arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, anlaşmaya əsasən, şirkət qarşıdakı 1 il ərzində hazırda yenidənqurma işləri həyata keçirilən “Bank Respublika Arena”da “fan shop” və müxtəlif əmtəə satış məntəqələrinin qurulmasını təmin edəcək.

Müqaviləni “Sabah”ın icraçı direktoru Ramin Həsənov və “Bakupan”ın direktoru Şahruz Həsənzadə imzalayıblar.

Qeyd edək ki, öz sahəsinin qabaqcıl şirkətlərindən olan “Bakupan” 10 ildən çoxdur ki, sendviç panellərin istehsalı, dam örtükləri, prefabrik tikililər, konteynerlər, asma tavanlar və izolyasiya sistemlərinin satışı ilə məşğuldur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button