
“Sabah” özbək futbolçunun transfer hüququna yiyələndi
“Sabah” klubu futbolçu Umarali Rahmonaliyevin transfer hüququna yiyələnib.
Bu barədə Komanda.az-a paytaxt təmsilçisindən məlumat verilib.
“Bayquşlar”ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
22 yaşlı yarımmüdafiəçi ilə yeni, 3 illik müqavilə imzalanıb.
Umarali Rahmonaliyev 2025-ci ilin yanvarından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



