
“Sabah” kubokda 40-cı qolunu vurub
“Sabah” Azərbaycan kubokunda 40-cı qolunu vurub.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley qoluna Pavol Şafranko imza atıb.
O, yarımfinal mərhələsinin “Neftçi” ilə ilk oyununda komandasının 2-ci qolunun müəllifi olub. Paytaxt təmsilçisi 40-cı topu 21-ci matçında vurub. Bunlardan 18-i evdə, 22-si səfərdə qeydə alınıb.
2:1 hesabı ilə qalib gələn “Sabah” 11-ci səfərində 5-ci qələbəsini də qazanıb.
Bakı klubu kubokda ilk görüşünə 2017/2018 mövsümündə çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



