“Sabah” rəsmisindən ailə üzvləri koronavirusa yoluxan futbolçu ilə bağlı AÇIQLAMA

“Sabah”ın futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında koronavirus aşkarlanıb. (Report)

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov, Komanda.az-a verdiyi açıqlamada, Məhəmmədin hazırda Bakıda olduğunu və onun karantinə alınmayacağını deyib:

“Məhəmməd karantin müddətində ailəsinin yanına getməyib. Ondan əvvəl də, çempionat davam edən zaman komandamızın düşərgəsində idi. İndi də Bakıdadır. Bir müddət öncə verdiyi koronavirus testinin cavabı da mənfi çıxıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button