“Sabah” Gürcüstanda ikinci oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, “Sabah”ın U-11 komandası turnirin yarımfinal mərhələsində təşkilatçı ölkənin təmsilçisi “Torpedo”ya minimal hesabla (1:0) qalib gələrək finala vəsiqə qazanıb.

Həlledici matçda Tiflisin “Lokomotiv” komandası ilə qarşılaşan Arslan Quliyevin yetirmələri qolsuz bitən oyunun penaltilər seriyasında məğlub olaraq (2:3) turniri 2-ci pillədə başa vurublar.

“Sabah”ın futbolçularından Nihat Manafov turnirin ən yaxşı oyunçusu, Əbəlfəzabbas Qasımlı isə ən yaxşı yarımmüdafiəçisi seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button