“Sabah” Diniyevlə yollarını ayırdı – rəsmi

“Sabah” klubu futbolçusu Coşqun Diniyevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Coşqun Diniyev 2019-cu ilin yanvarından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 54 oyuna çıxıb və 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button