“Sabah” bu gün Ukrayna klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.

Murad Musayevin rəhbərlik etdiyi komandanın görüşü saat 18:00-da başlayacaq.

“Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button